Yazını böyüt
Yazını kiçilt
"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında iki həftə ərzində görüş baş tuta bilər".
Hafta.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bildirib. Qeyd edib ki, Donald Tramp Rusiya prezidenti ilə telefonla danışıb və yaxın iki həftə ərzində Rusiya və Ukrayna prezidentləri arasında görüş barədə razılığa gəlib. Almaniya kansleri Ağ Evdəki danışıqlardan sonra jurnalistlərə bildirib ki, bu görüş hələ razılaşdırılmamış yerdə baş tutacaq.