Gorus-Qafan yolunun "taleyi" ilə bağlı ERMƏNİSTANDAN AÇIQLAMA

15:25 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistan Respublikasının sərhədlərinə daxil deyil. Hafta.az bildirir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən deyib.

“Söhbət 9 noyabrdan sonra Azərbaycanın nəzarətinə keçən ərazidən gedir. Yolun Gorus-Qafan hissəsi parlamentin 2010-cu ildə qəbul etdiyi “İnzibati-ərazi bölgüsü haqqında” qanuna əsasən Ermənistanın sərhədlərinə daxil deyil”, - Aleksanyan bildirib.

Erməni tərəfinin niyə 30 ildir bu yolu işlətməsi ilə bağlı suala deputat cavab verib ki, bu, "Birinci Qarabağ müharibəsindəki qələbə" sayəsində təmin olunub.

Eyni zamanda o, keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, Ermənistanın o vaxtkı bütün büdcəsi Azərbaycanın hərbi büdcəsindən aşağı idi və Bakıda toplanan silahlar nə vaxtsa atəşlənməli idi.

Siyasət rubrikasından digər xəbərlər