Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub

19:29 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib. 

Hələlik bu vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.