Güləşçimiz erməniyə qalib gəldi

16:10 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında mübarizəyə başlayıb.

 

Hafta.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.

 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.