Yazını böyüt
Yazını kiçilt
2020-ci ildən etibarən Gürcüstanın Ermənistana avtomobil ixracatının tamamilə dayandırılması gözlənilir.
Hafta.az news24.ge-yə istinadla xəbər verir ki, Gürcüstandan Ermənistana avtomobillərin göndərilməsində yaranacaq maneə bu ölkənin Avrasiya İqtisadi təşkilatına üzvlüyü və tətbiq ediləcək yeni gömrük rüsumlarının olmasıdır. Ermənistan Avrasiya İqtisadi təşkilatına 2015-ci ildən üzv olsa da gömrük rüsumları ilə bağlı qanunun tətbiqinə 2020-ci ildən etibarən başlayacaq. Avrasiya İqtisadi təşkilatına daxil olan ölkələrdə müxtəlif rüsumlarda vahid sistem tətbiq edilir ki, bu da ümumi iqtisadi zonanın yaradılmasını nəzərdə tutur.
Belə ki, əgər bu günədək üçüncü ölkədən Ermənistana daxil olan avtomobillərə 10%-lıq vergi rüsumu tətbiq edilirdisə, 2020-ci ildən etibarən vergilər avtomobilin qiyməti və mühərrik gücünə görə hesablanacaq. Bundan əlavə Ermənistanda vergi ödənişləri köhnə avtomobillər üçün xüsusi olaraq artacaq. Gürcüstan statistika komitəsinin məlumatına əsasən, xüsusi olaraq 2019-cu il ərzində ölkəmizdən Ermənistana avtomobil ixracatında xüsusi artım müşahidə olunub. Belə ki, cari ilin ilk 10 ayında Gürcüstandan Ermənistana avtomobil ixracatı 353 milyon dollar təşkil edib. Qeyd edək ki, 2020-ci ildən Ermənistanın yeni qanunlar tətbiq etməsi ilə bu ölkəyə Gürcüstandan avtomobil ixracatı kəskin şəkildə azalacağı gözlənilir.