Gürcüstana qarşı sanksiyalar gözlənilir

09:32 22.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ümumi fikir belədir ki, Gürcüstanda müxalifətə qarşı hərəkətlər edənlərə qarşı sanksiyaları müzakirə edərkən 26 ölkə bizi dəstəklədi, yalnız bir ölkə isə buna qarşı çıxdı". 

Hafta.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib. 

"Bu məsələlərlə bağlı çox yaxşı müzakirə aparıldı. Nəticədə, biz Gürcüstan xalqı ilə, o cümlədən Tbilisidən kənarda daha çox əlaqə saxlamalıyıq ki, onlara Avropa Birliyinin mövcud olduğunu və həqiqətən də xoş niyyətlərimizin və xoşməramlı münasibətlərimizin olduğunu göstərək", - deyə o, ifadə edib.