Yazını böyüt
Yazını kiçilt
Hacıqabulda dəm qazından zəhərlənmə olub.
Hafta.az xəbər verir ki, hadisə Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsi ev 191 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 2003-cü il təvəllüdlü Dadaşov Elşad Elşən oğlu evdə dəm qazından zəhərlənib. E.Dadaşov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (report).