Hava limanında iki təyyarə TOQQUŞDU

09:21 12.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Montana ştatındakı Kalispell hava limanında təyyarə qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, bu barədə "NBC Montana" məlumat yayıb. Qeyd olunub ki, təyyarə hava limanında eniş edərkən alovlanıb, daha sonra uçuş-eniş zolağındakı hərəkətsiz təyyarəyə çırpılıb.

Məlumata görə, yanan təyyarədə dörd sərnişin olub, hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı deyilir.

Hadisə yerinə xilasedicilər, həmçinin polis və yanğınsöndürənlər cəlb ediliblər.