Hazırda 12 min 862 nəfər ambulator-poliklinik müşahidə altındadır

18:35 20.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Üç həftəyə yaxındır ki, COVID-19 infeksiyasına yoluxanlar və şübhəli olan xəstələr ev şəraitində ambulator-poliklinik nəzarət altındadır. Hazırda 12 min 862 nəfər ambulator müşahidə altındadır. Onlardan 8 mindən çoxunu laborator testin nəticələri mənfi çıxanlar təşkil edir. Digərləri isə yüngül əlamətləri olan və ya əlamətləri olmayanlardır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-də keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

Onun dediyinə görə, hər gün ev şəraitində müalicə olunanların bir qismi sağalıb ambulator-poliklinik nəzarətdən çıxır. Dünən 557, bu gün 255 nəfər nəzarətdən çıxıb və onlarda xəstəlik olmaması təsdiq edilir.

Sosial rubrikasından digər xəbərlər