Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

16:20 01.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.

Bu barədə hafta.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.