Moskvada hər üç nəfərdən biri iş yerində ən azı bir dəfə ağladığını etiraf edir. Bu barədə “Superjob” təşkilatının sorğusunda deyilir.
Hafta.az-ın “Moskvichmag” jurnalına istinadən yazdığına görə, sorğuda iştirak edən kişilərin 20 faizinin iş yerində ağladığı üzə çıxıb. Qadınlarda bu göstərici 68 faizdir.
Respondentlərin 15 faizi müxtəlif səbəblərdən və bir neçə dəfə ağladığını, 13 faizi isə yalnız peşəkar problemlərə (çətin layihə, çətin müştərilər, həmkarları və ya rəhbərliklə münasibətlər) görə ağladığını bildirib. 4 faizi şəxsi həyatlarında yaşanan çətinliklərə görə göz yaşı tökdüyünü bəyan edir.
Moskvalılardan bu vəziyyəti məqbul hesab edib-etmədiklərini soruşduqda, 41 faiz iş yerində ağlamağın tamamilə qəbuledilməz olduğunu bildirib. Digər 21 faiz bəzi vəziyyətlərin həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə emosional reaksiyalara səbəb ola biləcəyini düşünür. Bununla belə, respondentlərin 10 faizi hesab edir ki, göz yaşları yalnız qadınlar üçün bağışlana bilər, kişilər isə həmişə susmalıdırlar.
Ən çox ağlayanlar müştəri əlaqələri menecerləri, müəllimlər və satış işçiləri kimi insanlarla daimi təmasda olan peşələrdə çalışanlardır.