Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

16:28 15.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.