Heydər Əliyevlə başlanan yol davam edəcək - Bəhruz Məhərrəmli

11:43 12.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Həftənin əsas hadisəsi Ulu Öndərin 100 illik yubileyi və cənab Prezidentin bu münasibətlə Şuşadan xalqa müraciəti oldu. Əlbəttə, dahi Heydər Əliyevin Azərbaycan tarixində rolu barədə biz hətta danışmasaq da onun əsərləri  - tarixinin ən güclü dönəmini yaşayan bu dövlət, bu müstəqillik, bu sabitlik və təhlükəsizlik milyonlarla kəlməni, cild-cild kitabları əvəz edir”.

Bu fikirləri millət vəkili Bəhruz Məhərrəmli deyib.

Deputat qeyd edib ki, Heydər Əliyev qurucu lider idi və o hazır oturuşmuş sistemin rəhbərliyinə gəlməyib, dağılmış, talanmış dövləti özü sıfırdan qurub.

“1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətləri müəyyən edilib - ərazi, əhali, hakimiyyət və digər dövlətlərlə qarşılıqlı suveren əlaqələr. 1993-cü ilin iyununda Azərbaycan Respublikası həmin əlamətlərin, atributların hamısından məhrum olmuşdu və yaxud olmaq üzrə idi.

Xəyanətkar AXC-Müsavat rejimi, nəinki bu tendensiyanın qarşısını almaq güc və iqtidarında deyildi, üstəlik özləri bu milli xəyanətin aparıcı qüvvəsi kimi çıxış edirdilər və faktiki olaraq dövlətçiliyin sonunu gətirmişdilər.  Heydər Əliyev belə bir şəraitdə yetişdi imdadımıza.

Bəzən biz belə ifadə edirik ki, “nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq”, əslində reallıq ondan ibarətdir ki, “nə qədər Heydər Əliyev var, nə qədər onun yolu davam edir, Azərbaycan da olacaq.” 

Deputat eyni zamanda bildirib ki, dünya 30 il işğala göz yumdu, yerlə yeksan olan şəhərlərimizi görməzdən gəldilər.

“Amma öz torpağımızı azad edəndə dedilər erməni mədəni nümunələrinin monitorinqini keçirmək istəyirik. Budur beynəlxalq sistemin ədaləti! Başa düşək bizi müstəqil və güclü görmək istəyənlər heç vaxt çox olmayıb, bu gün güclüyüksə, tam müstəqiliksə Heydər Əliyev yolu sayəsindədir. Bu yol Azərbaycanın dövlətçiliyinin qarantıdır.

Möhtərəm cənab Prezident Şuşada maraqlı bir ifadə işlətdi ki, “Ulu Öndərin yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik.”

Deputat bildirib ki, Heydər Əliyevlə başlanan yol, bu iradə, bu siyasi kurs nəyin bahasına olur olsun davam edəcək”.

Siyasət rubrikasından digər xəbərlər