Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

09:39 07.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Hafta.az-ın xəbərinə görə, Prezidentin köməkçisi bu barədə X-da paylaşım edib.

“Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik”, - deyə Hikmət Hacıyev qeyd edib.