Hindistan "COVID-19" Təcili Yardım Fondunun yaradılmasını təklif edib

11:17 16.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Baş naziri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələri üçün COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edir.

Hafta.az-ın yazdığına görə, videokonfrans vasitəsilə keçirilən qarşılıqlı müzakirələr zamanı, baş nazir Modi, keçmişdə SAARC-a üzv ölkələrdə yaşayan insanlar arasında ünsiyyətdən və cəmiyyətlərarası qarşılıqlı əlaqədən söz açıb, ortaya çıxan çətinliklərlə birgə mübarizə aparmaq üçün millətlərin bir araya gəlməyə hazırlaşmalarının böyük önəm daşıdığını qeyd edib.

Əməkdaşlıq ruhunda çıxış edən Baş nazir Modi, bütün ölkələrin könüllü yardımı əsasında "COVID-19" Təcili Yardım Fondunun yaradılmasını təklif edib və Hindistanın fond üçün ilkin olaraq 10 milyon dollar təklif etdiyini bildirib. Fond, tərəfdaş ölkələrin hər hansı biri tərəfindən təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər. O qeyd edib ki, Hindistan tərəfindən ölkələrin ixtiyarına veriləcək diaqnoz üçün testlər və digər avadanlıqlarla yanaşı həkim və mütəxəssislərdən ibarət “Təcili yardım qrupu” yaradılacaq.

Baş nazir, qonşu ölkələrin təcili yardım qrupları üçün onlayn təlim qurumlarının yaradılmasını və Hindistanın Xəstəliklərə Nəzarət Portalının tərkibində mümkün virus daşıyıcılarını və onlarla ünsiyyətdə olan insanları izləməyə kömək etmək məqsədilə proqram təminatını təklif edib. Onun fikrincə, SAARC Xəstəliklərin İdarəetmə Mərkəzi kimi mövcud qurumlarınının ən yaxşı işləmə metodlarını bir araya gətirmək üçün istifadə edilə bilər.

N.Modi, həmçinin Cənubi Asiya bölgəsində epidemiya xəstəliklərinə nəzarət üzrə tədqiqatları əlaqələndirmək üçün ortaq tədqiqat platformasının yaradılmasını təklif edib. O, mütəxəssislər tərəfindən COVID-19-ın uzunmüddətli iqtisadi nəticələri və daxili ticarəti və yerli valyuta zəncirlərini onun təsirindən necə yaxşı qorumaq barədə müzakirə edilməsi üçün qısa zamanda beyin fırtınası edilməsi fikrini irəli sürüb.

Baş nazir Hindistana istiqamət verən mantranın "hazırlaş, amma təşviş yaratma” olduğunu söyləyib və ölkəyə daxil olanların yoxlanılması, TV, mətbuat və sosial şəbəkələrdə kütləvi məlumatlandırma kampaniyalarının aparılması, həssas qruplarla əlaqə yaradılması ,diaqnostika avadanlıqlarının artırılması və pandemiyanın idarə edilməsinin hər mərhələsi üçün protokolların hazırlanması kimi bir sıra təcili təbirlərin görüldüyün vurğulayıb. O, müxtəlif ölkələrdə olan 1400 hindistanlını və həmçinin qonşu ölkələrin bəzi vətəndaşlarını da "qonşuluq ilk siyasətinə" uyğun olaraq Hindistan tərəfindən müvəffəqiyyətlə təxliyə edildiyini bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qani, ölkəsinin İranla açıq sərhədi olmasından narahat olduğunu deyib. O, diffuziya modellərinin modelləşdirilməsini və qonşu ölkələr arasında daha çox əməkdaşlığın qurulmasını təklif edib.

Maldiv prezidenti İbrahim Məhəmməd Salih, koronavirusla əlaqədar tibbi yardım göstərdiyinə və doqquz maldivlini Uxandan təxliyə etdiyinə görə Hindistan hökumətinə təşəkkür edib. O, koronavirusun ölkə turizminə və iqtisadiyyatına mənfi təsir etdiyini deyib və ölkələrin səhiyyə agentlikləri arasında daha sıx əməkdaşlıq qurulmasını, iqtisadi yardım paketinin və bölgənin uzunmüddətli bərpa planının hazırlanmasını təklif edib.

Banqladeşin baş naziri Şeyx Hasina da, Modiyə karantin dövründə Hindistan tələbələri ilə birlikdə 23 Banqladeş tələbəsiinin Uxandan gətirilməsində köməklik göstəridiyinə görə təşəkkür edib, bölgənin Səhiyyə nazirləri və katibləri arasındakı videokonfrans vasitəsilə dialoqun texniki səviyyədə davam etdirilməsini təklifini irəli sürüb.