Hulusi Akar və Oleksey Reznikov arasında telefon danışığı baş tutub

12:50 28.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksey Reznikov arasında telefon danışığı olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Ukraynadakı son vəziyyət müzakirə olunub.

Məlumata görə, Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardımın davam etdirəcəyi ilə yanaşı sülh üçün səy göstərdiyini vurğulayıb. Ukraynalı nazir isə, öz növbəsində, humanitar yardım və sülh səylərinə görə H.Akara minnətdarlığını bildirib.