Kadırovdan ABŞ-a təklif: Ukraynalı əsirləri alın, ailəmə sanksiya qoymayın

09:10 07.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan lideri Ramzan Kadırov ukraynalı əsirlərin müqabilində ailəsinə qarşı tətbiqlənən sanksiyaları ləğvini təklif edib.

Hafta.az-ın yazdığına görə, Kadırov ABŞ-a öz məlum şərti müqabilində 20 ukraynalı məhbusu sərbəst buraxa biləcəyi xəbərini çatdırıb. Bildirilib ki, Kadırov ukraynalı məhbusların siyahısını ötən gün Qroznıya gələn keçmiş amerikalı kəşfiyyatçı Skot Ritterə verib.

Kadırov “Qonağımıza maraqlı təklifimiz var. Donetskdə və Luqanskda əsirlərimiz var və siyahısını qonağımıza yönləndirirəm... Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyaları götürsələr” deyib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, əsirlərin ABŞ-dan Çeçenistan liderinin ailəsinə qarşı sanksiyaları ləğvini xahiş etdiyi video yayımlanıb.

Ramzan Kadırov əlavə edib ki, əsirlərlə yaxşı rəftar edilib və “əslində onlar cinayətkar deyillər”.

Bundan əvvəl Ramzan Kadırov keçmiş Amerika kəşfiyyatçısı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, amerikalı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində olub və respublika parlamentinin spikeri ilə görüşüb.

Yanvarın 3-də Müdafiə Nazirliyi “mürəkkəb danışıqlar prosesi” nəticəsində 248 rusiyalı hərbçinin Ukraynanın nəzarətində olan ərazilərdən repatriasiya edildiyini bildirib.

Dövlət Dumasının deputatı Şəmsail Saraliev bildirib ki, mübadilə “173-dən 173-ə” düsturuna əsasən baş tutub və 75 rusiyalı hərbçi dəyişdirilmədən geri qayıdıb.

Ukrayna Ombudsmanı Dmitri Lubinets mübadilə çərçivəsində 230 nəfərin ölkəyə qayıtdığını bildirib.

Siyasət rubrikasından digər xəbərlər