Kapoeyraçılarımız beynəlxalq turnirdə 6 medal qazanıblar

15:03 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kapoeyra Federasiyasının (AKF) idmançıları solo kapoeyra üzrə onlayn beynəlxalq turnirdə uğurla çıxış ediblər.

AKF-dən hafta.az-a bildiriblər ki, Ümumdünya Kapoeyra Federasiyası (WCF) tərəfindən videoformatda keçirilən “Joga Legal U-18” adlı yarışda Braziliya, Rusiya, Yaponiya, Portuqaliya, İtaliya və digər ölkələrdən idmançılar güclərini sınayıblar.

Müxtəlif yaş kateqoriyası üzrə keçirilən yarışda Azərbaycan komandası 6 medal qazanıb. Belə ki, Azər Orucov, Cavidan Pənahlı, Dilqəm İsmayılov turnirin qalibi adını qazanıblar. Zülfüqar Zeynallı yarışı ikinci, Cəfər Usubov və Əli Tağızadə isə üçüncü pillədə başa vurublar.

Elgiz Əlizadə, Zahid Rüstəmbəyov və Oxçu Şahmuradov yarışda beynəlxalq referi kimi fəaliyyət göstəriblər.