Koronavirusa yoluxmanın statistikası gündən-günə artır. "Qaydalara əməl olunmaladır" tələbinə nnsanların reaksiyası ürək açan deyil. Sosial izolyasiya tədbirlərinə riayət edən vətəndaşlar etməyənlərə nisbətdə çox azdır.
Həkim professor Rəşid Mahmudov hafta.az- a açıqlamasında dedi ki, mən özüm də iki gün çölə çıxmadım, qoyulan qaydalara əməl etmək lazımdır:
"Biz bir olmalıyıq. Koranavirusla mübarizədə nə müxalifət, nə iqtidar olmamalıdır. Hamımız bir olmalıyıq. Bu bəladan qurtarmalıyıq. Mən televiziyadan izləyirəm ki, koronaviruslu xəstələr üçün bütün şərait yaradılıb. Bokslar, xüsusi otaqlar və bunlarda ən müasir şərait yaradılıb. Dövlətimiz vaxtında qərar verə bildi. Avropa ölkələrində vəziyyəy çox gərgindir. Bütün küçələr bu gün dezinfeksiya olunur. Xarici tələbələr var idi, onları da karantinə aldılar. Hamı bu işə dəstək olmalıdır. Azərbaycanda düzgün qərarlar verilir. Bu qərarlara isə cəmiyyət normal yanaşmalıdır".