İstanbulda Azərbaycan komandasının da qatıldığı Karate 1 Premyer Liqa turniri başa çatıb.
Azərbaycan Milli Karate Federasiyasının hafta.az-a verdiyi məlumata görə, komandamız yarışı 1 gümüş, 3 bürünc medalla başa vurub.
Belə ki, karateçilərimizdən kişilər arasında mübarizə aparan Firdovsi Fərzəliyev (60 kq) yarışın gümüş medalını qazanıb. Kişilərin yarışında digər karateçimiz Asiman Qurbanlı (+84) isə bürünc medala sahib olub. Turnirdə qadınlar arasında gücünü sınayan İrina Zaretska (68 kq) da üçüncü yerə layiq görülüb. Daha bir bürünc medalı isə kata komandamız (Rövşən Əliyev, İsmayıl Quliyev, Tural Balcanlı) qazanıb.
Qeyd edək ki, turnirdə federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 21 idmançı iştirak edib. Yarışa, ümumilikdə, 75 ölkədən 865 karateçi qatılıb.