Karateçimiz Tokio-2020-yə qələbə ilə başladı

10:06 07.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Hafta.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşı və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Zaretska qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə,  yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.