Öncə keçmiş sevgilisinin evinə basqın etdi, daha sonra təcavüz edib üzünə və bədəninə qızmar yağ tökdü.
Hafta.az xəbər verir ki, bu dəhşətli olay dekabrın 15-də Türkiyədə Hatayın İskenderun rayonunda qeydə alınıb. Keçmiş nişanlısı G.Ç.-ni (37) döyən Resul Erkmen (34) gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Dekabrın 15-i axşamı qonaqlarını yola salan G.Ç.nin qapısı döyülüb. Bir anda keçmiş nişanlısı Rəsul Erkmeni qarşısında görən qadın qısqanclıq səbəbindən dəşhətli fiziki təzyiqlərə məruz qalaraq döyülüb, daha sonra cinsi təcavüzə məruz qalıb. G.Ç.dən birlikdə olduğu kişinin fotosunu göstərməsini istəyən Erkmen mənfi cavab aldıqdan sonra bu dəfə qaynar yağı qadının başından aşağı töküb. Bununla da ürəyi soyumayan keçmiş nişanlısı onu huşunu itirənə qədər yenidən döyüb. Öldüyünü düşündüyü qadını avtomobili ilə xəstəxanaya aparan Erkmen polislər tərəfindən baş şübhəli olaraq saxlanılıb.
Bu vəhşiliyin qızın ailəsi tərəfindən edildiyini söyləyən Erkmen haqqında məhkəmə tərəfindən həbs qərarı alınıb.
Üzündə ağır yanıqlar olan G.Ç. göz yaşları ilə yaşadıqlarını danışıb:"Əmimoğlularımı evdə qonaq etdim. Onlar gedəndən sonra qapının zəngi çalındı. Əşyalarından birini unudub onun üçün qayıtdıqlarını düşündüm. Qapını açan kimi kçmiş nişanlım gəldi. Boğazıma yapışdı. Nəfəsim kəsildi. "Məndən həb içməyimi istədi. Əllərimi, qollarımı bağladı, dəfələrlə yumruqladı. Telefonu vermədim. Sonra üstümə qaynar yağ tökdü”.