Klublararası dünya çempionatının bir iştirakçısı dəyişib

15:33 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Hafta.az FİFA-nın saytına istinadən xəbər verir ki,  Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən mövcud karantin qaydalarına görə,  "Oklend Siti" turnirdən imtina etmək məcburiyyətində qalıb. Onu Taiti təmsilçisi "Pirae" əvəzləyib.

Fevralın 3-dən 12-dək BƏƏ-də klublararası dünya çempionatı keçiriləcək. Turnirin favoritləri “Çelsi” (Çempionlar Liqası kubokunun qalibi) və “Palmeyras” (Libertadores Kubokunun qalibi) komandalarıdır. Onlar turnirə yarımfinaldan başlayacaqlar.

“Pirae" isə  “Əl-Cəzirə” ilə qarşılaşacaq. Qalib komanda 1/4 finalda “Əl Hilal”la oynayacaq.