Köçəryan parlamentdəki əlbəyaxa dava zamanı qadınların arxasında gizləndi… - FOTO

18:05 08.07.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər  verildiyi kimi, dünən – iyulun 7-də deputat Artur Sarkisyanın çıxışı zamanı Ermənistan Milli Assambleyasında vəziyyət gərginləşib, deputatlar bir-birinə əl qaldırıblar.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə,  hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Hasmik Akopyan “Facebook” səhifəsində insident zamanı çəkilmiş fotonu dərc edib.

Fotodan görünür ki, həmin an “Hayastan” fraksiyasından olan deputat, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan yenidən həmin fraksiyadan olan qadın deputatların arxasında gizlənib.

Akopyan fotonun yanında belə yazıb: “Və bu arada Levon Köçəryan...”.