Kolleclərə sənəd qəbulu bu tarixədək davam edəcək

10:40 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

19 aprel saat 09:30-a olan məlumata əsasən 26778 (Azərbaycan bölməsi -26046; rus bölməsi - 732) abituriyent ərizəsini təsdiq edib.