Kolumbiyada kömür mədənində partlayış nəticəsində 11 nəfər ölüb

14:37 28.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Hafta.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, partlayış Kolumbiyanın Boyaca vilayətinin Tasko bələdiyyəsində yerləşən mədəndə metan qazının yığılması nəticəsində baş verib.

Axtarış və xilasetmə işləri davam edir. Xilasedicilər və yanğınsöndürənlər itkin düşən 4 nəfərin də partlayış nəticəsində öldüyündən ehtiyat edirlər.

Qeyd edək ki, 2021-ci ildə Kolumbiyada 148 nəfərin ölümü ilə nəticələnən 128 mədən qəzası baş verib. Bu il isə indiyədək 19 mədən qəzası baş verib, 36 nəfər ölüb.