Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib - Qərar

12:22 05.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş seçkilərinin nəticələrini təsdiq edib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu barədə yekun mətni Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev elan edib. 4 dairədə, eləcə də 328 seçki məntəqəsində seçkinin nəticələri rəsmən ləğv edilib. Etibarsız sayilıb. Secki günündən sonra 72 şikayət ərizəsi daxil olub və bu, seçkinin nəticələrinə təsir etməyib. Respublika Prokurorluğuna seçki hüququnun pozulması ilə əlaqədar 65 müraciət daxil olub. Bu da yekun prosesə təsir göstərməyib.