Koreyanın Azərbaycandakı Səfirliyi Dongduk Qızlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitututu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitututu və Tarix İnsitututu ilə birgə 1-15 dekabr 2020-ci il tarixlərində Koreya - Azərbaycan 1-ci Humanitar Forumunu təşkil edir.
Hafta.az yazır ki, ölkələrmiz arasında ilk dəfə təşkil ediləcək bu Forum türkdilli ölkələrlə Koreya arasında dil, tarix və mədəniyyət baxımından oxşarlıqlarımız və fərqlərimizi müqayisəli şəkildə təhlil etməklə Koreya ilə Azərbaycan arasında davamlı mübadilə və əməkdaşlığın əsasını gücləndirməyə xidmət edir.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq forum onlayn şəkildə təşkil edilir.
Arzulayanlar Avrasiya Türk Araşdırmaları İnstitututunun vebsəhifəsinə daxil olaraq (https://eeurasiaturk.dongduk.ac.kr/bbs/rwdweb) fərqli mövzularda məruzə və debatları izləyə, şərh bölməsindən yararlanaraq debatlarda iştirak edə bilərlər.