Bu gün Koreya Respublikasının ilk konstitusiyasının qəbul edildiyi gündür. Məhz 77 il öncəki - 1948-ci il iyulun 17-də ikiyə bölünmüş ölkə öz varlığını tam təfsilatı ilə konstitusiyada təsbit edib.
Bəs, Koreya xalqının ilk Anayasasını qəbul etməsinə şərait necə yetişib? 1948-ci il mayın 10-da yarımadanın güneyində ümumxalq seçkiləri keçirilib və təhlükəsizlik problemləri olan Jeju adasının iki rayonu istisna olmaqla, 200 yerlik nəzərdə tutulan Məclis formalaşaraq 198 üzvü ilə fəaliyyətə başlayıb.
Hafta.az-ın yazdığına görə, Məclisin ən aktual və mühüm vəzifəsi yeni dövlətin qurulması üçün zəruri olan konstitusiyanın yaradılması idi. Konstitusiyanın layihəsini hazırlayan komissiyanın 30 üzvü və 10 ekspert üzvünü praktiki işlərə rəhbərlik etmək üçün Konstitusiya Məclisi təyin edib və qısa zamanda konstitusiya layihəsini hazırlayıb. 1948-ci il iyulun 17-də Assambleyanın spikeri Rhi Sinqman tərəfindən imzalanan və elan edilən Konstitusiya Aktı preambula, 10 fəsil və toplam 103 maddədən ibarət idi.
Konstitusiyanın preambulası belədir: Biz, uzun tarixə və ənənələrə malik olan Koreya Respublikasının xalqı, 1 Mart Hərəkatı vasitəsilə Koreya Respublikasının yaradılması ilə dünyaya elan edilmiş böyük müstəqillik ruhunu miras aldıq. İndi borcumuz ədalət, insanlıq və qardaşlıq yolu ilə millətin birliyini möhkəmləndirərək, bütün pislikləri yenərək demokratik quruluşu bərqərar edərək, hər bir insana siyasət, iqtisadiyyat, cəmiyyət və mədəniyyətin bütün sahələrində bərabər imkanlar yaratmaq, onların qabiliyyətlərini maksimum dərəcədə inkişaf etdirmək, üzərinə düşən vəzifə və məsuliyyətləri yerinə yetirməkdir. Biz daxildə milli həyat səviyyəsinin bərabər şəkildə yaxşılaşdırılması üçün səy göstərməyə və xaricdə daimi beynəlxalq sülhün qorunmasına, özümüzün və nəslimizin təhlükəsizliyini, azadlığını və xoşbəxtliyini əbədi olaraq təmin etməyə çalışmalıyıq. Buna görə də seçilmiş nümayəndələrdən ibarət Məclis bununla Dangi ilin 12 iyul 4281-ci ildə bu Konstitusiyanı qəbul edir. Preambula Koreya Respublikasının 1 Mart Hərəkatı vasitəsilə qurulduğunu, Koreya Respublikasının yaradılması və Konstitusiyanın qüvvəyə minməsinin 1 Mart Hərəkatının ruhu ilə idarə olunduğunu göstərir.

Konstitusiyanın əsas məzmunu aşağıdakılardır:
Birincisi, ölkənin adı Koreya Respublikası kimi yazıldı və onun demokratik respublika olduğu bildirildi.
İkincisi, insanların əsas hüquqları geniş şəkildə təsbit edildi. Əqli, fiziki və iqtisadi azadlıq hüquqları sistemli şəkildə təşkil olundu, işçilərin bərabər mənfəət payı hüququ tanındı, yaşamaq qabiliyyəti olmayanların müdafiəsi, nikah və ailə sağlamlığı kimi əsas sosial hüquqlar təsbit edildi.
Üçüncüsü, Milli Məclis dörd il müddətinə birpalatalı sistem kimi qəbul edildi. Qanunvericilik səlahiyyətindən əlavə, Milli Məclisə büdcə qanun layihələrini müzakirə etmək və qərar vermək, müqavilələri ratifikasiya etmək, müharibə elanlarına razılıq vermək və dövlət işlərini yoxlamaq səlahiyyəti verildi. Prezident, vitse-prezident, baş nazir, Dövlət Şurasının üzvləri və sair öz vəzifələrini yerinə yetirərkən Konstitusiyanı və ya qanunları pozduqda, Milli Məclis onların impiçmenti barədə qərar qəbul edə bilər və impiçment işlərinə baxılması üçün impiçment məhkəməsi yaradılır.
Dördüncüsü, idarəetmə forması prezidentlik sistemi olmalı idi, amma kabinet sisteminin elementləri ilə birlikdə. Prezident və vitse-prezident Milli Məclis tərəfindən dörd il müddətinə seçilir və yalnız bir dəfə yenidən təyinata icazə verilir.
Beşincisi, baş hakim prezident tərəfindən təyin olunur və Milli Məclis tərəfindən təsdiqlənir.
Altıncısı, iqtisadi nizam “sosial ədalətin həyata keçirilməsinə” və “tarazlaşdırılmış milli iqtisadiyyatın inkişafına” əsaslanır…