Koreya səfiri Hesablama Palatasının sədri ilə görüşüb

08:40 10.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu, Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüş keçirib.

Hafta.az-ın yazdığına görə, görüş zamanı tərəflər, iki ölkənin ali audit qurumları arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edib, ikitərəfli münasibətlərin inkişafı üçün birgə səylərin davam etdirilməsi barədə razılığa gəliblər.