“Koroğlu”da yaşıllıq baxımsız qalıb... - FOTO

13:30 13.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

2015-ci il Avropa İdman Oyunları ətəfəsində paytaxtın “Koroğlu” metro stansiyasının ətrafında abadlıq işləri aparımış, park salınmışdır.

Sözügedən metro stansiyanın dəmiryol dayanacağına yaxın çıxışının ətrafında salınmış park, demək olar ki, baxımısızlıqdan yararsız hala düşüb. Belə ki, yaşıllıqdan əsər-əlamət qalmayıb. Vaxtilə həmin ərazi “yaşıl ada”nı xatırladırdı. Salınmış yaşıl qazon, eləcə də əkilmiş zeytun ağacı və kol bitkiləri suvarılmadığına və qulluq göstərilmədiyinə görə, quruyaraq tələf olub. Eyni zamanda, döşənilmiş tamet daşlar dağılaraq neçə vaxtdır ki, ərazidə qalıb, gəlib təmir edən yoxdur.