Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı müalicə olunaraq sağalıb

12:00 14.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan hafta.az-a bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.