Koronavirus testləri - vaksin nə zaman tapılacaq?

16:36 16.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun ortaya çıxdığı gündən bu yana 160 minə yaxın adam bu epidemiyaya yoluxdu, 6 minə yaxın insan həlak oldu. Əlbəttə, virusa yoluxanların yarısı sağalıb evlərinə döndü. Amma qeyd etdiyimiz rəqəmlər sabit deyil, artım durmadan davam edir. Bu halda isə sual yaranır: hər bir epidemiyanın qarşısını almaq üçün  vaksin nə vaxt hazırlanacaq?

Bir çox mərkəzlər vaksin hazırladıqlarına dair açıqlamalar veriblər. Amma əlbəttə, dərmanın insanlara tətbiqinin bir neçə ay sonra mümkün ola biləcəyini deyirlər. Mövqelərini də belə əsaslandırırlar ki, vaksini hazırlamaq bir çətinlikdirsə, onun canlılar üzərində test edilməsi, yan təsirlərinin öyrənilməsi və sair daha çətindir.

ABŞ Milli Səhiyyə institutları tərəfindən hazırlanan vaksinin testinin Sietldəki Kaiser Permanente Tibbi Araşdırma İnstitutunda aparılacağı bildirilib. Test 45 yaşlı, tam sağlam bir nəfər üzərində aparılacaq. Hətta həkimlər deyiblər ki, həmin seçilmiş şəxs o qədər sağlamdır ki, virusun ona yoluxacağını düşünmək belə mümkünsüzdür. Amma qəribədir ki, institutun nümayəndələri testin 8 ayla 1 il arasında test ediləcəyini qeyd ediblər. Deməli, içində yaşadığımız il ərzində pandemiyanın yayılacağı şübhəsizdir.

Koronavirusun ən çox yayıldığı üç ölkədən biri olan İran (digər ölkələr Çin və İtaliya) Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur da, koronavirusla mübarizə məqsədilə vaksin hazırladıqlarını xəbər verib. Nazirlik rəsmisi "Konkret müsbət nəticələr alsaq, dərmanı 3 həftəyə bazara çıxaracağıq” –  deməklə insanları ümidləndirib. O, dərmanın müalicə prosesində yaxşı nəticə verdiyini də əlavə edib. Orqanizmdə immuniteti gücləndirmə rolunu oynayan “Actemra” dərmanının bir çox xəstəyə 24 saat ərzində müsbət təsirini göstərdiyi vurğulansa da, onun virusu aradan qaldırmaq üçün qəti rol oynayacağına dair heç nə deməyib.

Daha bir ümidverici xəbər Belçikadan gəlib. Gent Universitetinin Flaman Biotexnologiya İnstitutu (VIB), koronavirusa qarşı dərman hazırladıqlarını, test prosesində artıq böyük irəliləyişlər əldə olunduğunu bildirib. Adıçəkilən institunun mütəxəssislərindən olan professor Xavyer Saelens deyib ki, laboratoriya şəraitində virusu öldürə biliblər. Bu da irəliyə doğru atılmış böyük addımdır.

Bu arada, Flaman baş nazirinin müavin, Elm və İqtisadiyyat naziri Hilde Krevits şəxsi twitter hesabında yazıb ki, əldə etdikləri nəticə virusun məhv edilməsi yönümündə “ağıllı və yol açan adımdır”.

Məlumat üçün bildirək ki, Xavyer Saelens və qrupu, keçən ay SARS Cov - 2 və Covid - 19 virusu iləmübarizə apara bilən müqayisəolunmaz effektli antikor tapdıqlarını açıqlamışdı. Professor Saelens məhz bu dərman vasitəsilə virusun öhdəsindən gələcəklərini demişdi. O, ABŞ-dakı Texas Universitetindən Cekson McLellan, Almaniya Leybinz Primat Araşdırmalar Mərkəzindən Markus Hoffman və Stefan Pöhlmannla birlikdə çalışdıqlarını da əlavə etmişdi.

Koronavirusla mübarizə müstəvisində daha bir həmləni türk alimləri edib. Türkiyə Tibb Federasiyasının sədri Rəşid Dinç bildirib ki, RD GLOBAL/INVAMED tərəfindən koronavirusa qarşı laboratoriyadahazırlanan vəindiyədək aparılmış təcrübə sınaqlarında digər virus və bakteriyalara qarşı çox müsbət təsir göstərib. R.Dinç deyib ki, onlar “Şüa terapiyası”ndan istifadə ediblər.

“Koronavirusa bənzər viral və mikrobial infeksiyalarda qan vəbədən böşluqlarına yerləşən zərərli orqanizmlərümumilikdə antibiotiklər və antiviral dərmanlarla müalicə edilir. Amma yeni yaradılan sistem xüsusi formada damara yerləşdirilən ultravioləişıqdan xüsusilə qandakı infeksiyaları izləməküçünistifadə olunur. Bu şəkildə həm damar yolları, həm də ağciyərin içindətətbiq edilən ultraviyoləişıq, İnfluenza A və B viruslarını tamamən yox edir. Hətta bu vasitə ilə "bacillus stearothermophilus" bakteriyasını 2-3 saniyə ərzində məhv etmək mümkündür. Bu da xəstələrin tezliklə sağalmasına şərait yaradır”, - R.Dinç deyib.

Bu arada, San Dieqodakı“İnovio” laboratoriyasında çalışan elm adamları da koronavirusa qarşı mübarizə yollarını aramaqdadırlar. Məlumata əsasən, onlar sözügedən virusa qarşı vaksin hazırlamaq yönümündə DNA texnologiyasından istifadə edirlər. Hələlik adı "İNO-4800" olan vaksininsanlar üzərində yayın əvvəllərində test ediləcək. Nəticələr uğurlu alınsa, daha genişmiqyaslı testlərə start veriləcək ilin sonunadək xəstələrə kütləvi tətbiqinə başlanılacaq. “İnovio” mütəxəssisləri hesab edir ki, nəticə gözlənildiyi kimi olsa, bu, ən tez və sürətlə hazırlanmış vaksin olacaq.

Vaksinin hazırlanması müstəvisində bir-birinin ardınca xəbərlər gəldiyi bir vaxtda, Almaniyada fəaliyyət göstərən CureVac şirkəti ilə bağlı maraqlı söz-söhbətlər yayılıb. Bildirildiyinə görə, ABŞ prezidenti Donald Tramp bu şirkətə koronavirusa qarşı vaksin hazırlama işlərini sürətləndirmək və bunu Birləşmiş Ştatlar üçün etməsi müqabilində böyük miqdarda pul təklif edib. “Welt am Sonntag”qəzetinin yazdığına əsasən, Almaniya hökuməti bu xəbəri təsdiqləyib. Hökumət sözçüsü qeyd edib ki, Vaşinqton xərcləyəcəyi pulun müqabilində şirkətdən hazırladığı dərmanları yalnız Birləşmiş Ştatlara verməsini şərt qoyub. “Bunun üçün virus əleyhinə vaksin üzərində çalışan alman elm adamlarına çox böyük miqdarda pul təklif edilib. ABŞ istəyir ki, hazırlanan vaksinin sahibi olsun və dünya bu pandemiyadan qurtulmaq üçün Vaşinqtona bağlı qalsın”, -  açıqlamada deyilir.

O da qeyd olunur ki, Almaniya hökuməti adıçəkilən şirkətə Amerikaya yönəlməməsi üçün geniş maddi təşviqata başlayıb.

Şirkətin rəsmi nümayəndələri də açıqlama verib. Bildirilib ki, onlar bir çox institutlarlara və beynəlxalq miqyaslı təşkilatlarla əməkdaşlıq şəraitində çalışırlar. Məqsədləri düyanın hər yerində yaşayan insanları qorumaqdır. Şirkət pul müqabilində hansısa ölkənin sifarişini yerinə yetirəcəklərinə dair yayılan söz-söhbəti rədd edib.

Qeyd edək ki, CureVac şirkətinin ABŞ-ın Boston şəhərində də laboratoriyasə var.

Virusun qarşısını alacaq vaksinin tapılması istiqamətində Kanadada iş aparan elm ocaqlarından biri də Sunnibrook Araşdırmalarİnstitutu, Toronto Universiteti və McMaster Universitetinin alimlərindən ibarət qrupdur. Onların gördüyü işlər nəticəsində koronavirusun inkişafının maksimum məhdudlaşdırıldığı bəlli olub. İki kanadalı xəstədən aldıqları nümunələr üzərində çalışan elm adamları virusun laboratoriya şəraitində təkrar yaradıldığı bildirilib. Onların fikrincə, laboratoriyada yaradılan viruslar, insanların yoluxduğu xəstəlikdən necə xilas olması yollarını öyrənməkdə alimlərə kömək edəcək. Araşdırmada yer alan doktor Arinjay Banerji deyib ki, “SARS-CoV-2” virusunu uğurlu şəkildə məhv ediblər və araşdırmalar elə bu müstəvidə davam etdiriləcək. Araşdırmaçılardoctor Robert Kozak, doktor Samira Mübareka vədoktor Arinjay Banerji eyni üsulla koronavirusun inkişafını ciddi şəkildə məhdudlaşdıra bildiklərini də əlavə ediblər.

Johns Hopkins Universitetinin tədqiqatçıları isə "convalescent serum" (yaxşılaşan serum) metodundani stifadə edərək koronavirusa qalib gəlmək istəyirlər. “NBC News” yazır ki, Molekulyar mikrobiologiya və immunologiya şöbəsinin rəhbəri doktor Arturo Kasadevall bu üsulun ABŞ-da son on ildə istifadə olunmadığını söyləyib. Onun dediyinə görə, illər əvvəl pandemiyaya çevrilən İspan qripi zamanı bu metoddan istifadə edilib. Onun dediyinə görə, xəstəliyə qarşı vaksin tapılana qədər bu üsuldan istifadə eləmək məqsədəuyğun olar.