Kosmik Qüvvələrin qərargahı Alabama ştatına köçəcək

08:58 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələrin qərargahının Alabama ştatına köçəcəyini elan edib.

Hafta.az xəbər verir ki, o, yeni qərargahın Alabama ştatının Hantsvil şəhərində olacağını və “raket şəhəri” kimi tanınacağını deyib. Tramp ilk prezidentlik müddətində Kosmik Komandanlığı yaradanda da onun qərargahını Alabamada qurmağı planlaşdırdığını, lakin Bayden administrasiyasının onu Koloradoda qurduğunu deyib.