Kremlin bu siyasətindən qurtuluş yoxdur - Politoloq

19:07 27.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın siyasətində dəyişən heç nə yoxdur, xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, necə ki, Qazaxıstanı bu yolla cəzalandırmaq qərarını verdi, ya da sərhədi qapadır ki, Azərbaycanın kənd təssərrüaftı məhsulları Rusiya bazarına daşına bilməsin.

Bunu hafta.az- siyasi şərhçi Elxan Şahinoğlu Kremlin sərhəddə məhsullarımızı növbəyə düzmə səbəbi ilə bağlı açıqlamasında bildirib.

“Ermənistanı anladıq, İrəvan Qərbə yaxınlaşmağa can atır, Kreml bundan narazıdır və baş nazir Nikol Paşinyanı yıxıb sürüməyə çalışırlar. Rəsmi Bakı hansı tərs işi gördü ki, Kreml sərhəddə məhsullarımızı uzun kilometrlərlə növbəyə düzüb?

Rusiyanın dövlət televiziya kanalları və qəzetləri Kremlin təlimatıyla Qarabağ separatçılarına dəstək ifadə etməyə başladılar, Bakı bunun cavabını verdi, Azərbaycanın televiziya kanalları Rusiyanın Ukraynaya işğalını geniş şəkildə işıqlandırmağa başladılar, Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi. Görünür, Kreml sərhəddə çətinlik yaratmaqla növbəti gedişini edib. Kremlin bu siyasətindən qurtuluş yoxdur, başımızın çarəsini qılmalıyıq, Rusiya bazarından asılılığımızı azaltmalıyıq, çətindir, ancaq başqa alternativimiz yoxdur”.

Siyasət rubrikasından digər xəbərlər