Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəis müavini Aleksandr Suxanov Krım körpüsündə baş verən partlayışa görə istefa verəcək.
Hafta.az bildirir ki, bu barədə Rusiyanın RBC agentliyi nazirliyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Aleksandr Suxanov ilk növbədə nəqliyyat sənayesinin təhlükəsizliyi ilə məşğul olub və Nəqliyyat Nazirliyinin Federal Dövlət Unitar Müəssisəsinin Departament Mühafizə İdarəsinin (UVO) fəaliyyətinə, o cümlədən Krım körpüsünün təhlükəsizliyinə cavabdeh olmaqla, nəzarət edib.
Oktyabrın 8-də körpüdə baş verən partlayışdan sonra Vladimir Putin onu qorumaq səlahiyyətini Federal Təhlükəsizlik Xidmətinə (FSB) həvalə edib.
RBC-nin məlumatına görə, Suxanovun istefası həftənin sonuna qədər açıqlana bilər. İşdən çıxarılmasına səbəb kimi nəşrin həmsöhbətləri oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə baş verən partlayışı göstərirlər.