Kürdəmir və Biləsuvar sakinlərindən narkotik götürülüb

13:29 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir və Biləsuvar sakinləri narkotiklə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmirin Şıxımlı kənd sakini M.Seyidovun yaşadığı evdən 1 kiloqram 262,59 qram marixuana, Biləsuvar rayon sakini Ə.Tahirlidən isə 1 kiloqram 230 qram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülüb.