Kürdəmirdə ikimərtəbəli ev yanıb

10:22 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunun Qaramahmudlu kəndində ev yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Kürdəmir rayonunun Qaramahmudlu kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin çardağının və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.