Məlum olduğu kimi, aprelin 3-də OPEC+ ölkələri may ayından başlayaraq neft hasilatının kvotalarını artırmaq barədə razılığa gəliblər. Neft və qaz sənayesi üzrə qazaxıstanlı ekspert Əsgər İsmayılov razılığın nə demək olduğuna dair fikrini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, ekspert bildirib ki, kvotaların artırılması OPEC+-nın alyansın özündə nizam-intizamın zəifləməsinə cavabıdır.
İraq və Qazaxıstan da daxil olmaqla, bir sıra ölkələr müəyyən edilmiş həddi sistematik olaraq keçiblər. Əsgər İsmayılov deyir ki, cəza əvəzinə istehsalın faktiki səviyyəsini “leqallaşdırmaq” və bununla da təşkilatın birliyini qorumaq qərarı verilib” deyən ekspert qeyd edib ki, OPEC+ beləliklə daha çevik tənzimləmə sisteminə mümkün keçidin siqnalını verir.
“Kvotaların artırılması təkcə rəqəmlərin yenidən nəzərdən keçirilməsi deyil, bu, yeni yarışa qədər iştirakçıların başlanğıc mövqelərinin müəyyən olunduğu bazar yanaşmasına doğru yumşaq dönüşdür”, - İsmayılov deyib.
O vurğulayıb ki, OPEC+ təkcə nizam-intizamı deyil, həm də ölkənin potensialını qiymətləndirir. Əvvəlki pozuntulara baxmayaraq, Qazaxıstan həmişə OPEC+ ilə dialoqda qalıb və mütəmadi olaraq kompensasiya planları təqdim edib. Ekspertin fikrincə, bu, “pis niyyətli itaətsizlik” kimi deyil, texniki sapma kimi qəbul edilir.
“Qazaxıstan heç vaxt konstruktivlik çərçivəsindən kənara çıxmayıb. Sazişlərə məhəl qoymayan ölkələrdən fərqli olaraq, Qazaxıstan həddi aşdığını rəsmən etiraf edib, onları obyektiv səbəblərlə izah edib və gələcəkdə kənarlaşmaları kompensasiya etməyi təklif edib. Qazaxıstan da artım və sərmayə nümayiş etdirir və OPEC+ gələcəkdə balansın pozulmaması üçün bu artımı rəsmi kvotaya daxil etməyə üstünlük verir”, - o deyib.
Onun sözlərinə görə, Qazaxıstan siyasi baxımdan etibarlı tərəfdaş və nisbətən neytral oyunçu kimi vacibdir. Ona görə də kvotanın artırılması ölkənin alyans daxilində mövqelərini gücləndirən diplomatik jestdir.
Ekspert bildirib: “CPC-R (Rusiya hissəsi) Qazaxıstana potensial təzyiq rıçaqı olaraq qalır. Maksimum hasil etmək istəyiriksə, təcili olaraq alternativ ixrac marşrutlarını inkişaf etdirmək üçün səylər göstərməliyik. Bura həm Aktau limanı, həm Çinə istiqamət, həm də İranla mübadilə müqavilələr daxildir. Təbii ki, dördüncü neft emalı zavodunun tikintisini sürətləndirmək lazımdır, əks halda biz əlavə dəyərsiz xammal ixracatçısı olaraq qalacağıq”.
Xatırladaq ki, OPEC+ ölkələri 2025-ci ilin may ayından neft hasilatı kvotalarını sutkada 411 min barel artırmaq qərarına gəliblər. Bu, üç aylıq artıma bərabərdir.
May ayında Qazaxıstan üçün kvota sutkada 1,4 milyon barel, Rusiya üçün isə 9 milyon barel təşkil edəcək. Hasilat Səudiyyə Ərəbistanında 9,2 milyon, İraqda 4 milyon, BƏƏ-də 3 milyon, Küveytdə 2,4 milyon, Əlcəzairdə 919 min və Omanda 768 min barel təşkil edəcək.
İstehsalın tədricən artması bazardakı vəziyyətin dəyişməsindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.