Laçına qayıdışı çox böyük tarixi hadisədir - Fazil Mustafa

12:07 30.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Belə hadisələr bizi qorxuda bilməz. Bu cür ünsürlərin zərərsizləşdirilməsi onu deməyə əsas verir ki, Azərbaycanla güclə danışmaq heş kəsə müəssər olmayacaq”.

Bunu terror hadisəsindən sonra bu gün ilk dəfə parlamentin iclasına qatılan deputat Fazil Mustafa bildirib.

Deputat martın 28-də şəxsinə qarşı törədilən terror aktından sonra məsələyə dərhal reaksiya verən ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. O, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla bütün həmkarlarına diqqət və həssaslığa görə təşəkkürünü ifadə etdi, dövlət təhlükəsizlik qurumlarının fədakar əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd etdi.

Daha sonra F.Mustafa Laçına qayıdışı çox böyük tarixi hadisə kimi dəyərləndirib.

“Bu fakt bir daha təsdiqlədi ki, ölkə prezidenti hansı hədəflər qoyursa, müvafiq qurumlar bu hədəfləri addım-addım gerçəkləşdirir”.

Deputat təklif etdi ki, ayrı-ayrı dövlət qurumları ermənilərin Azərbaycana inteqrasiyası üçün müəyyən mexanizmləri təqdim etsin.

“Bu ideoloji həmlə üçün vacibdir. Erməni vətəndaşların pensiya, sosal hüquqları və sair sahələri əhatə edən paket təqdim etməli, bütün bunlardan avantaj kimi danışıqlarda da istifadə olunmalıdır” - F.Mustafa bildirib.

Siyasət rubrikasından digər xəbərlər