Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Yuventus” və “Latsio” komandaları arasında futbol üzrə İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, “King Saud University” stadionunda təşkil olunmuş qarşılaşma ötən mövsümün çempionu “Yuventus” və ölkə kubokunun qalibi “Latsio” arasında oynanılıb. Görüş “Latsio” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya Super kubokun finalı Səudiyyə Ərəbistanda keçirilməsinə görə meydan sahibi hər kluba 3 milyon 100 min avro, İtaliya Futbol Federasiyasına isə 700 min avro ödəyib.
Turin təmsilçisi həlledici görüş üçün xüsusi geyim dəsti hazırlatdırıb. Futbolçular matça üzərində adları ərəb əlifbası ilə yazılan formalarla çıxıb.
Yuventus - Latsio - 1:3
Qollar: Dibala, 45 - Luis Alberto, 16, Luliç, 73, Kataldi, 90+4