Lerikdə "Aşura" mərasimi keçirmək istəyənlər saxlanılıb

13:47 31.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Sosial rubrikasından digər xəbərlər