Liviyada hərbi məktəbə hücum

15:16 05.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tripoli Hərbi Məktəbi hava hücumuna məruz qalıb.

Hücum nəticəsində 23 kursant həlak olub, onlarla insan yaralanıb.

Eyni zamanda "Əl-Cəzirə" telekanalı 28 nəfərin ölməsi barədə xəbər verib.

Bildirilib ki, məktəb Tripolinin cənubunda Fayz Sarrajın başçılığı ilə Milli Razılıq Hökuməti tərəfindən nəzarət olunan Əl-Hadba əl-Hadra rayonunda yerləşir.