Lüis Hemilton ilin ən yaxşı idmançısı olub

10:26 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın "L Equipe" nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.

Ən yaxşı idmançı adına "Mercedes" pilotu Lüis Hemilton layiq görülüb. Britaniyalı sürücü bu il "Formula 1" üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.

Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.