Makronun hazırki mövqeyi Praqada imza atdığı bəyannaməyə ziddir - Açıqlama

19:10 13.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Makronun hazırki mövqeyi onun Praqada  imza atdığı 4 tərəfli bəyannaməyə ziddir və Makron bir daha Ermənistanın qeyri-konstruktiv mövqeyini bölüşür. 

Bu fikirləri hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib:

“Düşünürəm ki, Makron Ermənistanın sülh müqaviləsindən geri çəkilməsinə gətirib çıxardan mövqe sərgiləyir. Ona görə də Azərbaycan tərəfi danışıqlar prosesində Fransanın iştirak etməsinə  etiraz etməlidir. Ümumiyyətlə, Fransanın təşəbbüskar olduğu bundan sonrakı danışıqlar  prosesinə qoşulmamalıyıq.  Çünki Makron konkret olaraq Ermənistanın Fransa üçün önəmli ölkə olduğunu qeyd edir.  Belə olan təqdirdə Fransa Azərbaycan-Ermənistan arasında sülhə töhfə verə bilməz”.

M.Əsədullazadə hesab edir ki, Makronun bu çıxışı Fransada olan erməni lobbisinin diqtəsi ilə baş verir. 

“Amma buna son qoyulmalıdır. Cənubi Qafqazda Fransanın mövqeyi bizə bəllidir.  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına Fransa töhfə verə bilməz. Təbii ki,  bu bəyannamədə Avropa İttifaqı aparıcıdır. Fransa isə Ermənistanı müdafiə etmək üçün prosesə qoşulub. Azərbaycan Fransaya etiraz notası verməlidir. Çünki Fransa belə siyasət ortaya qoyacaqsa Praqa Bəyannaməsi qüvvədən düşə bilər”

Siyasət rubrikasından digər xəbərlər