Maliyyə Nazirliyinin rayon idarələri regional idarələrlə əvəz edilib

15:41 22.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Maliyyə Nazirliyinin yerli bölmələri regional idarələrlə əvəz edilib.

Bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, yeni struktura əsasən, Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Qeyd edilib ki, regional maliyyə idarələri iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq yaradılıb. Məqsəd yerli bölmələrin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etməkdir.