Mariya Stadnik olimpiadanı medalsız başa vurub

21:33 06.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Hafta.az xəbər verir ki, buna dördqat olimpiya mükafatçımızın 1/4 finalda uduzduğu rəqibi monqolustanlı Otqonjarqal Dolqoryavın finala çıxa bilməməsi səbəb olub.

Beləliklə, Azərbaycanın Paris Olimpiadasındakı yeganə qadın güləşçisi mübarizəni dayandırıb.