Marsda bir vaxtlar su olub - Yeni sübutlar tapılıb

18:51 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NASA-nın Curiosity roveri Marsda bir vaxtlar suyun olduğuna dair yeni sübutlar tapıb. NASA-nın məlumatına görə, dəlil Gediz Vallis dağ silsiləsindədir.

Alimlərin fikrincə, külək zamanla vadinin səthini müəyyən qədər dəyişib. Curiosity-nin təqdim etdiyi materiallardan aydın olur ki, Sharp dağının yamaclarına çatan bu vadidən böyük xəndəyə bənzər cığır keçir. Alimlərin fikrincə, bu cığır böyük ehtimalla çay tərəfindən salınıb. Alimlər həmçinin fərz edirlər ki, vadidə bir vaxtlar nəm, kütləvi sürüşmələr baş verib və nəticədə avtomobil ölçüsündə daşlar dağın kənarından vadinin dibinə yuvarlanıb.

Qaya yığını bu vadidəki digər torpaq qatlarının üstündə oturduğu üçün alimlər əmindirlər ki, bu, açıq-aydın Sharp dağının ən gənc xüsusiyyətlərindən biridir. Keçən il iki dəfə Gediz Vallisdə Curiosity ləkəli qalaqlar aşkar etdi, lakin onları yalnız uzaqdan öyrənə bildi. Rover komandası bu ilin sonunda ərazini görmək üçün daha bir şans əldə etməyə ümid edir.