Masallı boksçusu Azərbaycan Çempionatında bürünc medal qazanıb

10:36 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən boks üzrə Azərbaycan Çempionatında Masallı boksçusu Qəyyum Quliyev bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 boksçusunun qatıldığı Respublika Çempionatında Masallı komandasını iki boksçu– Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib.

Camal Səfərli mübarizəni 1/4 finalda dayandırsa da, digər masallı idmançısı Qəyyum Quliyev növbəti mərhələyə yüksəlib.

Yekun nəticə olaraq, Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, mükafatçılar Respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Oxunma sayı 27