Masallı sakinindən ov tüfəngi götürülüb

18:03 18.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 17-də Masallı Rayon Polis Şöbəsinə Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə ilə bağlı dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb. B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.